Ru
09:59 / 12 Aprel 2025

Nazir onu müavin təyin etdi

Nazir onu müavin təyin etdi
Eye

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Bakupost.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İ. Məmmədov 2021-ci ildən DOST Agentliyində fəaliyyətə başlayıb və yeni vəzifəyə təyin olunanadək “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinin müavini və həmin departamentin müdiri vəzifələrində çalışıb

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar