Ru
16:31 / 30 Noyabr 2022

Nazirin qalmaqallı paylaşımı - Anar Kərimova istehza edənlər haqlıdırmı?

6563
Mədəniyyət naziri Anar Kərimovun görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964) Rauf Hacıyevlə bağlı paylaşımı sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Nazirin onu "caz sənətinin əfsanəsi" adlandırması bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılanıb.


Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb və məlum olub ki, nazirin görkəmli bəstəkarı "caz sənətinin əfsanəsi" kimi təqdim etməsi heç də səbəbsiz deyil. Belə ki, R.Hacıyev 1956-cı il mayın 15-də Azərbaycanda ilk dəfə caz orkestrini yaradıb. Solistləri Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devis olan bu orkestr keçmiş SSRİ məkanının hər yerində qastrol səfərlərində olub.


Bundan başqa bəstəkar öz yaradıcılığında operetta və musiqili komediya janrına müraciət edib. Onun bu janrda yaratdığı əsərlər nəinki Azərbaycan, bütün keçmiş sovet məkanında tamaşaçı rəğbəti qazanıb. R.Hacıyev estrada və caz musiqisinin imkanlarından geniş istifadə edərək parlaq musiqilər yazan əfsanəvi bəstəkardır.





Günel
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər