Ru
15:02 / 30 Noyabr 2022

Mədəniyyət nazirindən istehza doğuran paylaşım: bəstəkarı "cazmen" kimi təqdim etdi - FOTO

3961

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun paylaşımı müzakirələrə səbəb olub.


Bakupost.az bildirir ki, nazir öz sosial şəbəkə hesabında görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyi münasibətilə paylaşım edib.

Lakin o, paylaşımında Rauf Hacıyevi bəstəkar deyil, cazmen kimi təqdim edib.




Qeyd edək ki, Rauf Hacıyev caz janrında bir neçə kiçik əsəri olsa da, o cazmen kimi tanınmayıb. Onun istedadı daha çox operetta janrında parlayıb. Rauf Hacıyevin operettalarında vokal-simfonik, balet və estrada sənəti birləşib.


O, Üzeyir Hacıbəyovun tələbələrindəndir. O Azərbaycan filmlərinə musiqilər bəstələyib, yadda qalan çoxlu sayda mahnıların müəllifidir. Bəstəkarın "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" mahnıları çox populyardır.


O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Şərhlər
  • t.ədalət

    Anarın niyə nazir təyin edildiyinin sirri açıldı.Digər məmurlar kimi,Anar da savad sahibi deyilmiş.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər