Ru
17:00 / 29 İyul 2022

Nazirlik AMEA-da təmizləmə işi aparmalıdır - Vahid Əhmədov

10432
“Cənab Prezidentin elm və təhsil sahəsindəki yeni fərmanı Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, akademiya çoxdan ləğv edilməli, Elm və Təhsil Nazirliyi yaradılmalı idi”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.


Millət vəkili bildirib ki, dünya təcrübəsinə görə çox yerdə Milli Elmlər Akademiyası yoxdur: "İnstitutların tərkibində fəaliyyət göstərən müəyyən sahələr var. O sahələr üzrə də tədqiqatlar aparılır. Eyni zamanda həmin tədqiqatların çoxunu satır, maliyyə əldə edirlər. AMEA son illər faktiki olaraq elmi sahədə heç bir ciddi uğurlara nail olmayıb. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb, amma nəticəsi olmayıb”.


V.Əhmədovun sözlərinə görə, hazırda əsas məsələ nazirliyin orada təmizləmə işləri aparmasıdır:


“Son vaxtlar AMEA siyasi orqana çevrilmək istəyirdi. Yəni, burada siyasi məsləhətləşmələr və yaxud müəyyən məsələlər vardı. Ona görə də akademiyanın saxlanılması qeyri-mümkün idi. Əlbəttə ki, akademiyada çox dəyərli insanlar var. Təbii ki, onlar dövlət tərəfindən yerləşdiriləcək. Hansı ki, düz yolda deyildilər, Azərbaycanın müstəqilliyinin əleyhinə gedir, inkişafını istəmir, bir sıra xarici qurumlarla əlaqələr quraraq sabitliyi pozmağa çalışırdılar, DTX məhz onları araşdırır. Həmin insanlar da yəqin ki, kənarlaşdırılacaq. Nazirlik orada təmizləmə işi aparmalıdır. Hansı kadrlar Azərbaycan dövləti, müstəqilliyi üçün əhəmiyyət daşıyırsa, onlar işinə davam etməli, qalanları isə yavaş-yavaş vidalaşmalıdırlar”.


Fərid
Baku Post
Şərhlər
  • oxucu

    Quba rayonunun kendinde yashayan 5 azyashli ushaq anasi YouTube -de maqara tv kanalina , video bloger Elshad Memmedova zeng edib ve chox aqir acinacaqli maddi veziyyetde yashadiqini bildirib ve 5 azyashli ushaqlarin aqir xeste oduqlarini ve acliq , qidasizliq ucbatindan zulm ile yashadiqlarini bildirib ve insanlardan yardim isteyib , hetta bildirib ki, Quba rayonundan sechilmish millət vəkili Vahid Əhmədovun qebulunda olub kende geldiyi zaman, lakin uzun vaxt kechib, amma hech bir netice yoxdur, chunki, millət vəkili Vahid Əhmədov susqunluqa ustunluk verir.

  • Www

    Xususi olaraq da Iranla bagli emekdawlar yoxlanilmalidir…..

  • TEN

    Vahid müəllim hamıya məlumdur ki, Akademiyada müəyyən qrua xidmət edən və həmin qrupun hakimiyyətindən istifadə edərək AMEA-da məskən salmış Naxçıvan klanı 1988-ci ildən başlayaraq Akademiyanı bir növ siyasət meydanına çevirərək.mitinqlərin təşkili,orada çıxışların məzmunu,çıxış edənlərinhazırlanması işinə başlamışdılar.Bu şəxslər indiyə qədər də həmin fəaliyyətdə olublar.Ona görə Akademiya elm mərkəzinə yox,siyasi oyunlar neydanına çevrilib.Odur ki. oranın təmizlənərək yenidən perspekrivli,ölkə üçün faydalı.heç bir klana bağlı olmayan kadrlarla möhkəmləndirilməsi vacibdir.İnşaAllah yeni fərman Azərbaycana xeyir verəcək formada icra olunar

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər