Ru
12:48 / 29 Sentyabr 2026

Neft bahalaşmaqda davam edir

Neft bahalaşmaqda davam edir
Eye

09:30

Neftin qiyməti Yaxın Şərqdə mümkün tədarük problemləri ilə bağlı narahatlıqlar fonunda ardıcıl ikinci sessiyada yüksəlib.

“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,6 faiz artaraq bir barel üçün 105,91 dollara, “WTI” markalı neft isə 0,8 faiz yüksələrək 93,32 dollara çatıb.

Bazar iştirakçıları ABŞ-İran qarşıdurmasının Yaxın Şərqdən neft tədarükünə təsir göstərə biləcəyindən narahatdır. Bölgənin əsas neft istehsalçılarının ixracı sentyabrda gündəlik 12,8 milyon barelə yüksəlsə də, bəzi tədarüklərin gəmidən-gəmiyə transfer kimi daha bahalı və səmərəsiz üsullarla həyata keçirilməsi qiymətləri yüksək saxlayır.

ABŞ və İran arasında münaqişənin dayandırılması üçün diplomatik təmasların yenidən başlaması isə bazarda müəyyən nikbinlik yaradıb. Analitiklər razılaşma ehtimalının neftin qısamüddətli dövrdə 110 dollardan yuxarı qalxmasının qarşısını ala biləcəyini bildirirlər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar