Ru
21:11 / 07 Fevral 2025

"Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib

 "Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib
Eye

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - SOCAR-ın cavabında vurğulanıb.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar