Ru
09:42 / 07 Mart 2026

İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi - FOTO

İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi - FOTO
Eye

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriyə İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir" - paylaşımda vurğulanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar