Ru
10:41 / 07 Mart 2026

2 manatdan 800 manata... - Gül mağazalarında qiymətlər

2 manatdan 800 manata... - Gül mağazalarında qiymətlər
Eye

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhərdəki gül mağazalarında canlanma müşahidə olunur.

Bakupost.az Bİzim.Media-ya istinadən xəbər verir ki, bayrama sayılı günlər qaldıqca insanlar analarını, həyat yoldaşlarını, bacılarını və sevdiklərini sevindirmək üçün gül dükanlarına üz tuturlar. Bu səbəbdən mağazalarda alıcıların sayı xeyli artır, müxtəlif növ və rəngdə güllərə tələbat yüksəlir.

Gül mağazalarında yalnız hazır buketlər deyil, həm də fərdi zövqə uyğun hazırlanmış kompozisiyalar təqdim olunur. Satıcılar bildirirlər ki, bayram günlərində sifarişlərin sayı adi günlərlə müqayisədə bir neçə dəfə artır. Buna görə də mağazalar daha çox gül tədarük edir və müştərilərə qiymətlərlə bağlı müxtəlif seçim imkanları təqdim etməyə çalışırlar.

Satıcıların sözlərinə görə, hazırda ən ucuz gül nərgizdir. Bu gül 2 manatdan başlayıb 4.50-ə qədər təşkil edir. Tülpanın bir ədədi 2, qızılgülün isə 6 manatdan başlayır. Satıcıların sözlərinə görə, hazırda ən çox satılan güllər də elə nərgiz, tülpan və qızılgüldür. Qızılgülün ağ və qırmızı rəngliləri isə ən çox satılan növlərindəndir.


Buketlərin qiyməti tərkibindəki güllərin sayına görə dəyişir. Ən ucuz buket 20 manatdan başlayıb 700 manata qədər davam edir.

Ən bahalı 101 ədəd qızılgüldən ibarət buket isə 800 manata təklif edilir.

Dibçəkdə satılan güllərin qiyməti isə 20-50 manat arası dəyişir.

Satıcılar bildirir ki, bayramla əlaqədar olaraq, bütün gül qiymətləri artırılıb. Həmçinin, satıcılar alıcıların sayının da ötən illə müqayisədə daha az olduğunu deyiblər.

Satıcılardan birinin sözlərinə görə, gül almaq üçün müraciət edənlərin 20 faizi kişidirsə, 80 faizi qadınlardan ibarətdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar