Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:34 / 25 Noyabr 2024

Neft gəlirlərinin azalması necə kompensasiya olunacaq? - Açıqlama

1691
"Dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmalarının azalacağı gözlənilən idi".

Bunu Bakupost.az -a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

O qeyd edib ki, əvvəl neftin bir bareli 75 dollardan götürülürdüsə, gələn ilin büdcəsində bu, 70 dollar olacaq:

"İkinci səbəb isə neft hasilatının ümumi həcminin azalmasıdır və əlbəttə ki, bu, proseslərə öz təsirini göstərir. Çünki azalma istər-istəməz daxilolmalara öz təsirini göstərir. Hasilatın azalması ortadadır və bunu ölkə rəsmiləri də bəyan edirlər. Ancaq hasilat azalsa da, bəzi dövrlərdə neftin qiymətinin yüksək olması tələbatı qarşılayırdı”.

Ekspert vurğulayıb ki, Azərbaycan hələ ki, neft amilindən kifayət qədər asılıdır: “Azərbaycanın ümumi ixrac gəlirlərinin 90 faizi neft və qazın payına düşür. Azərbaycan işğaldan azad edilən əraziləri sürətlə iqtisadi dövriyyəyə cəlb edir. Düşünürəm ki, bu istiqamətdə irəliləyiş mütləq şəkildə olmalıdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar