09:36
Neftin qiyməti Çin tərəfindən yanacaq ixracının məhdudlaşdırılması və ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərəcəyi xəbərləri fonunda yüksəlib.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,28% artaraq 1 barel üçün 102,60 dollara, “WTI” markalı neft isə 0,29% artaraq 93,14 dollara çatıb.
Çinin dizel, benzin və aviasiya yanacağı ixracını məhdudlaşdırması qlobal yanacaq bazarında təklifin azalacağı ilə bağlı narahatlıqları artırıb.
ABŞ-nin Yaxın Şərqə əlavə hərbçi və üçüncü təyyarədaşıyan gəmi göndərməyə hazırlaşdığı xəbərləri də neft qiymətlərinə təsir göstərib.
Vüsalə Hüseynova,
BakuPost