Ru
10:15 / 27 Avqust 2026

Neftdə ardıcıl eniş

Neftdə ardıcıl eniş
Eye

Neft qiymətləri İran və Oman arasında aparılan danışıqların Hörmüz boğazının yenidən açılmasına yol açacağı gözləntisi ilə ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, “Brent” neftinin qiyməti 0,7 faiz azalaraq 87,24 dollar, ABŞ xam nefti (WTI) isə 0,7 faiz ucuzlaşaraq 81,67 dollar olub.

Beləliklə, “Brent” nefti ardıcıl dördüncü, (WTI) isə beşinci sessiyada geriləyib.

İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı razılaşmanın detallarını müzakirə edir. Danışıqlar boğazın yenidən açılacağına dair ümidləri artırsa da, bazarda neft tədarükü ilə bağlı narahatlıqlar davam edir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar