Ru
09:03 / 11 Mart 2023

Neftçala sakinlərindən külli miqdarda narkotik götürüldü

Neftçala sakinlərindən külli miqdarda narkotik götürüldü
Eye

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə 3 kiloqrama yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırma davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar