Ru
15:03 / 28 May 2025

Neftçalada dəhşətli yanğın - Ölən və xəsarət alan var - FOTO

Neftçalada dəhşətli yanğın - Ölən və xəsarət alan var - FOTO
Eye

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bakupost.az xəbər verir ki, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb.

Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar