Ru
22:06 / 20 Dekabr 2022

“Neftçi” yarımfinala yüksəldi

8919
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib.

Bakupost.az xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib.

Matç “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib.

“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər.

Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər