Ru
17:57 / 29 Mart 2024

Neymar “Barselona”ya qayıtmaq istəyir

2777
Braziliyalı futbolçu Neymar hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan İspaniya təmsilçisi "Barselona"ya icarəyə verilməsini istəyib.

Bakupost.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı zədəsini sağaltdıqdan sonra sabiq komandasına qayıtması ilə bağlı müraciət edib.

Amma klublar hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Neymar 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib. O, ötən yay Fransa təmsilçisi PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi. Hücumçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Neymar ötən il oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) dizindən ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər