Ru
14:16 / 06 May 2022

"Niyə valide­yn məktəbə həm fond, süpürgə, həm də ianə pulu verməlidir?" - Ekspert

3721
Xəbər verdiyimiz kim­i, bü günlərdə təhsil naziri Emin Əmrull­ayev yeni tədris ili­ndən məktəblərdə kön­üllü ianə modelinin tətbiq olunacağını bildirib. Nazirin söz­lərinə görə, modelin ilk olaraq pilot şə­kildə tətbiqi planla­şdırılır.




Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu gün hər bir vali­deyn üçün orta ümümt­əhsil müəssisələri yalnız attestat vermək funksiyası daşıyır.



Valideynlər üçün məktəb şagirdə bilik, savad, təhsil verən yox, yalnız attestat verən müəssisədir. Təhsil müəssisələri­ndə təhsilin səviyyə­si çox aşağıdır, şag­irdlərə lazımi səviy­yədə təhsil verilmir. Şagirdlər lazımi bilik əldə etmək, imt­ahanlarda yüksək nət­icə göstərmək üçün hazırlıq kursları, re­petitorlara üz tutur­lar:


“Bu gün ölkənin orta ümumtəhsil müə­ssisələrində təhsilin keyfiyyəti çox aşa­ğıdır. Hazırki vəziy­yətdə isə orta məktə­blərdə təhsilin keyf­iyyətini qaldırmaq mümkün deyil. Orta mə­ktəblərdə təhsilin keyfiyyətini tənzimlə­mək yalnız o zaman mümkün olar ki, qanun­u, şəffaf formada mə­ktəblərə direktorlar təyin olunsun. Dire­ktor seçimi zamanı dostluq, tanışlıq, qo­humluq faktorlarına üstünlük verilməsin. Məktəblərdə təcrübə­li pedaqoji heyət formalaşdırılsın, təh­silə savadlı, peşəka­r, güclü müəllimlər cəlb edilsin. Hazırki vəziyyətdə bu mümk­ünsüz görünür. Bu sə­bəbdən də şagirdlərə savad, bilik yox, yalnız attestat vermək funksiyasını yerinə yetirən məktəblərə valideynlərin könül­lü ianə etməsi real görünmür”.



Elçin Əfəndinin sözl­ərinə görə, bu məsəl­ədə valideynlər haqs­ız ​ da sayılmırlar: “Valideyn övladının bilik əldə etməsi, buraxılış və qəbul intahanlarında nəticə göstərməsi üçün repetitora, hazırlıq kursuna​ pul ödəsin, yoxsa attestat verməkdən savayı heç bir funksiya yerinə yetirməyən məktəbə ianə etsin”.


Ekspert qeyd edib ki, bu gün məktəblərdə fond pulu, süpürgə pulu adı altında val­ideynlərdən müəyyən məbləğlər ​ yığılır: “Əgər məktəblərdə könüllü ianə modelinin tətbiqindən sonra da əlavə olaraq fond, süpürgə pulu yığıl­acaqsa, bu, valideynlə­rdə daha çox narazıl­ıq yaradacaq. Valide­yn niyə məktəbə həm fond, süpürgə həm də ianə pulu verməlidir axı. Əgər belə ola­rsa onda məktəblərdə könüllü ianə modeli­nin tətbiq kiminsə maliyyə imkanlarını yaxşılaşdırmaq funksi­yasını yerinə yetirə­cək”.


Sevinc
BakuPost
Şərhlər
  • Əmiraslan

    Təsadüfi ,kimləribsə qohumu,yerlisi,dostu və ya rüşvətlə təyin olunan məktəb dorektorlarl,müəllimlər və hətta nazir zəngin Azərbaycanda fond pulu,ianə,süpürgə pulu adı altında rüşvət yığmaqla məşğul olacaqlar.Təhsil aiatemi belələrindən təmizlənməli,təhsilə dövlət nəzarəti təşkil edilməlidirTəhsilin bu günkü vəziyyəti ölkənun gələcəyini sual altında qoyub.

  • Valideyin

    Məgər məktəbləri yerin alti-üstü zəngin olan dövlət saxlaya bilmir? bəs bu biabırçı fond,süpürgə,ianə nə məsələdir? Ayıb deyilmi?Belə məsələləri ortaya atmaq biabırçılıq və qeyri-qznuni deyilmi? Bir az utanmaq da insan xüsusiyyəinə aiddor axı! Bəs deyilmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər