Ru
14:35 / 30 Mart 2023

"Növbəti addım nəzarət-buraxılış məntəqəsinin inşası olacaq" - Ekspert

"Növbəti addım nəzarət-buraxılış məntəqəsinin inşası olacaq" - Ekspert
Eye

Xəbər verdiyimiz kimi, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb.


Bəs, yeni mövqelər hansı əraziləri nəzarət altında saxlamağa imkan verəcək?




Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlama verib.


O bildirib ki, ordumuzun bir neçə hakim yüksəklik, yol və sərhədboyu geniş sahələri nəzarətə götürməsi ilk növbədə Qarabağa silah-sursat və canlı qüvvə daşınmasının qarşısını alacaq.


Ekspertin sözlərinə görə, növbəti addım kimi sərhəddə nəzarət-buraxılış məntəqəsi inşa ediləcək:


“Həmçinin Azərbaycan ordusunun yeni mövqelərdə möhkəmlənməsi ona Ermənistan ərazilərinin çox vacib bir hissəsini müşahidə altında saxlamağa imkan verəcək".

Aynur İbrahim
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar