Ru
11:51 / 18 İyun 2025

Nüvə silahından fərqi yoxdur - Bu bomba İRANA DÜŞSƏ... - ŞOK DETALLAR, FOTOLAR

Nüvə silahından fərqi yoxdur - Bu bomba İRANA DÜŞSƏ... - ŞOK DETALLAR, FOTOLAR
Eye

ABŞ nüvə silahı qədər dağıdıcı olan bu bombadan ilk dəfə istifadə etmək üçün hazırlıq görür
İsrail və İran arasında müharibənin 6-cı gününə girdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrini İrana qarşı istifadə etmək üçün yerləşdirib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail və İran günlərdir ki, raketlərlə toqquşur. İranın nüvə obyektlərini məhv etməyə çalışan İsrailin yerin metrlərlə altında yerləşən bunkerlərə çata biləcək bombaları yoxdur.

Burada ABŞ bombaları işə düşə bilər. Növbəti 48 saatın kritik olduğunu bildirən ABŞ prezidenti İran rejiminin “şərtsiz təslim olmasını” tələb edib.

Tramp İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bildirib və İrana hücum etməyə hazır olduğunu bəyan edib.

Bəs ABŞ İsrailin çata bilmədiyi, yerin 2000 metr altında olan bu nüvə obyektlərini necə vuracaq?


ABŞ ordusunun bu suala cavabı Yaxın Şərq üzərində uçan təyyarələr vasitəsilə gəlib. Tramp təyyarələri İrana qarşı istifadə etməyə can atdığı bombalarla təchiz edib. Trampın həvəslə istifadə etdiyi GBU-57 və ya Massive Ordnance Penetrator-un çəkisi təxminən 13600 kiloqramdır və 60 metr dərinlikdəki qayaları deşmək üçün nəzərdə tutulub.

Bu nəhəng bomba əvvəllər heç vaxt istifadə olunmayıb və indiyə qədər yaradılmış ən güclü qeyri-nüvə silahlarından biridir. Çünki GBU-57 nüvə silahlarının siyasi riskləri olmadan oxşar effekt yaratmaq üçün hazırlanıb.

Mütəxəssislər bu bombanın hədəflərə çatmaq üçün ən təsirli vasitə olduğunu, xüsusilə də İranın dağın altında basdırdığı Fordo uran zənginləşdirmə obyektini məhv edə biləcəyini qeyd edirlər. Hazırda ABŞ ordusunda bu bombalardan təxminən 20 ədəd var və B-2 gizli bombardmançılar tərəfindən daşınmaq üçün hazır saxlanılır.

Keçmiş Pentaqon rəsmisi William Wechsler ABŞ-ın B-2-dən istifadə edərək hücumunun ən uğurlu nəticə əldə etməyin ən təsirli yolu olacağını söyləyib.


Onu da qeyd edək ki, ötən cümə günü İsrail İranın nüvə proqramını məhv etmək məqsədilə onun nüvə obyektlərinə zərbələr endirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İsrailin zərbələri nəticəsində Natanzdakı yeraltı sentrifuqa qurğuları vurulub.

ABŞ müdafiə nazirinin keçmiş müavini Mick Mulroy bildirib ki, ABŞ əməliyyata qoşulsa, Fordo və Natanz kimi basdırılmış hədəfləri vuracaq. Bu obyektləri məhv etmək üçün hər birinə bir neçə GBU-57 bombası tələb oluna bilər.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri isə nüvə obyektlərinə hücumların bir çox təhlükəsizlik riskləri yarada biləcəyi barədə xəbərdarlıq edib. Lakin ekspertlər deyirlər ki, Fordoya hücum obyektdən kənarda radiasiya riski yaratmayacaq. Həqiqətən də, cümə günü Natanzda baş verən hücumdan sonra obyektdə məhdud kimyəvi və radioloji çirklənmə müşahidə edilsə də, ətrafda qeyri-adi radiasiya aşkar edilməyib.

Hücumlar nəticəsində obyektə ziyan dəyib, lakin Fordodakı obyektə hələ də hücum edilməyib. Birləşmiş Ştatlar indiyədək İsrailin hücumlarına qoşulmayıb, lakin bölgəyə ikinci təyyarədaşıyan qrup və 30-dan çox hava tankeri göndərməklə hərbi varlığını artırıb. Hava tankerlərini F-35-lər müşayiət edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar