Ru
23:49 / 22 Aprel 2024

Ödənişli yolda ağır qəza: altı nəfər xəsarət aldı - FOTO - YENİLƏNDİ

2194
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı artıb.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, hadisə zamanı minik avtomobildə olan 7 nəfərdən 5-i Rusiya vətəndaşıdır.

Onların adı aşağıdakı kimidir:

Makiyev Aleksey Fyodoroviç (1961)

Makiyeva Elena Nikolayevna (1977);

Mark Denis Nikolayeviç (2007);

Milena Denis Nikolayevna (2001).

Digər iki nəfər isə Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədovadır.

***

Saat 22:20

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə dörd nəfər - Rusiya Federasiyası vətəndaşı, 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fyodoroviç, 1977-cil təvəllüdlu Makiyeva Elena Nikolayevna, 2007-ci il təvəllüdlü Mark Denis Nikolayeviç və Göyçay sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər