Ru
00:48 / 30 Sentyabr 2024

Oğluna fironun adını qoymaq istədilər

Oğluna fironun adını qoymaq istədilər
Eye

Braziliyadan olan Katarina və Danilo yeni doğulan oğlanlarına Misir fironunun adını qoymaq istədi.

Bakupost.az xəbər verir ki, onlar uşağa ilk qaradərili firon olan Pianxinin adını vermək qərarına gəliblər.

30 il hakimiyyətdə olanbu firon həm də Pi adı ilə məşhurdur. Adı sənədə yazdırmaq istəyən ər-arvada dövlət idarəsi imtina edib.


Onlar bu adın portuqal dilində bir sözlə çox oxşar olduğunu və mənasının rəqs addımı olduğunu bildiriblər.
Bundan qəzəblənən cütlük yerli məhkəməyə müraciət edib, lakin o da qərarı dəyişməyib.


Valideynlərə xəbərdarlıq edilib ki, əgər uşaqlarına qeyri-rəsmi də olsa bu adı versələr, cərimə olunacaqlar. Çünki gələcəkdə ad uşağı gülünc vəziyyətə salıb psixoloji travma vura bilər.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar