Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:05 / 17 İyun 2024

Oğuzda əməliyyat - Saxlanılanlar var

1521
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb. Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar