2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
"Bakupost" xitab24.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismində hakim qarşısına 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və arvadı 43 yaşlı Ramilə Nəcəfova çıxarılıblar.
Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirləri sübuta yetirilən Ş.Nəcəfov 18 il, arvadı Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.