Ru
15:19 / 19 Mart 2024

Ölənlərin sayı 32 minə çatır - Qəzzada son durum

1757
İsrail ordusunun oktyabrın 7-dən bəri davam edən hücumlarında həyatını itirənlərin sayı 31 min 819-a yüksəlib.

Bakupost.az xəbər verir ki, Qəzza zolağında vəziyyət hər gün daha da ağırlaşır. İsrail ordusu xəstəxanaları, məktəbləri və mülki yaşayış məntəqələrini bombalamağa davam edir.

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında 165 gündür davam edən hava, quru və dəniz hücumlarında həyatını itirən fələstinlilərlə bağlı açıqlama verib.

Nazirlikdən verilən açıqlamada son 24 saatda İsrailin blokada altındakı Qəzza zolağına həyata keçirdiyi 9 hücumda 93 nəfərin həyatını itirdiyi, 142 nəfərin yaralandığı bildirilib.

Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 31 min 819-a, yaralıların sayının isə 73 min 934-ə yüksəldiyi qeyd olunub.




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər