Ru
20:00 / 21 Fevral 2023

Onlar İran nökərçiliyi edir, ölkəni dağıtmaq istəyirlər - Sabir Rüstəmxanlı söhbətləri VİDEO

16987
"Azərbaycanda islam əleyhinə heç bir təbliğat getmir. Bizim illər uzunu apardığımız təbliğat bu idi ki, dinimizi orta məktəbdə, ali məktəbdə öyrədək, din üzrə fakültələr açılsın. Burda həmişə bir dini aclıq olub. Çünki din fakültələri yox idi, dini təhsil verə bilmirdik".


Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sabir Rüstəmxanlı söhbətləri” verilişinin son buraxılışında bəzi İran rəsmilərinin guya, Azərbaycanda islam dini əleyhinə təbliğat aparılmasına münasibət bildirərkən deyib.


Xaricdə dini təhsil məsələsinə toxunan millət vəkili qeyd edib ki, vaxtilə Azərbaycan gəncləri Buxarada, Nəcəfdə, Qumda təhsil alıblar və bu məsələ onda müəyyən narahatlıq doğurub:


"Düzünü deyim, o vaxt bundan narahat olurdum. Çünki insanlar hansı ölkədə oxuyursa, bir az da o ölkənin idealogiyası və siyasətinə bulaşıb qayıdırlar. Cavanlarımız gedib İranda oxuyanda onlara normal baxırdıq. Amma sonra gördük ki, Qumda oxuyanlar gəlib Azərbaycanda din xadimliyindən daha çox İran nökərçiliyi edirlər, İrana xidmət edirlər. Ordan aldıqları pulun hesabına Azərbaycanda dağıdıcılıq işi ilə məşğuldular. Biz islamın vəhdətindən danışanda, sünni-şiə, məzhəb ayrı-seçkiliyinə qarşı olanda onlar burda hətta şiəçiliyin özünü də müxtəlif qollara ayırırdılar. Biz bunu istəmirik. Biz islam vəhdətindən danışırıq. Təbii ki, İran özü islam vəhdətini pozan bir ölkədir. Hal-hazırda dünya islamı az qala terrorizmlə eyniləşdirib üstümüzə gələndə, dünyanın müxtəlif yerlərində islamla bağlı, peyğəmbərimizlə bağlı karikaturalar çəkiləndə, Quran yandırılanda islam ölkələrinin yalnız bir yolu qalır. O da birlikdir. Gücümüzü, intellektimizi, ağlımızı, elmimizi birləşdirmək və bu xurafatdan uzaqlaşıb gələcəyimizi düşünmək. Axı Şərq, islam dünyası bir çox mədəniyyətlərin və elmlərin təməlini qoyub. Bir çox elmlər burda doğulub; biz sahiblənə və inkişaf elətdirə bilməmişik. Avropa sahiblənib və onu az qala yenidən yaratmış bir ölkə kimi özünü göstərib. İslam dünyasında elmi inkişaf elətdirmək lazımdır. Elm dinə qarşı deyil. Dinin öz yeri var, elmin öz yeri var. Əslində, din qorunmalıdır. Mən həmişə deyirəm dövlət qındır, din qılıncdır. Qılıncı qında saxlıyarlar. Qılınc heç vaxt öz qınını kəsmir. Din dövlətə qarşı çevrilməli deyil. Bizim cənub qonşumuz isə çalışır ki, burda dini bizim dövlətimizə qarşı çevirsin”.


Sabir Rüstəmxanlı bildirib ki, dinlə bağlı bu düşüncələri yazdığı kitablarda da öz əksni tapıb:


“Mənim “Vətəndaşlığın əlifbası” kitabımda “Dinimiz-imanımız” adlı bölmə var. Oxuyan hər kəs bilir ki, orda İslam dininə hansı böyük məhəbbət öz əksini tapıb. Eyni zamanda “Atalar, oğullar” bölümü var. Orda Hz. Əlinin oğluna verdiyi nəsihəti yazmışam. Deyir ki, oğlum bilmədiyin şeydən danışma. O, bizim imanımızın, İranda hər kəsin sevgi ilə yanaşdığı şiəçiliyin əsas təməlində dayanan bir şəxsin oğluna verdiyi nəsihətin əsas cümlələrindən biridir: “Bilmədiyin şeydən danışma”. İndi mən üzümü İranda mənim əleyhimə bu təbliğatı aparanlara tutub deyirəm, qardaşlar, bilmədiyiniz şeydən danışmayın. Ayıbdır”.


Daha ətraflı “Sabir Rüstəmxanlı söhbətləri”ndə:




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər