Ru
17:55 / 04 İyul 2024

“Onsuz da rəyi verən yenə həkimlər olacaq" - Ramaldanov

1725
"Ölkədə həqiqi hərbi xidmət çağırışçılarının sağlamlığı daim diqqət mərkəzindədir".

Bunu Bakupost.az -a açıqlamasında polkovnik Şair Ramaldanov 35 yaşı tamam olmayan və möhlət hüququ bitən vətəndaşların iyulun 1-dən təkrar müayinə üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilməsi haqda danışarkən bildirib.


Onun sözlərinə görə, tibbi komissiya tərəfindən çıxarılan qərardan sonra möhlət hüququ alan çağırışçılar üç ildən sonra təkrar müayinələrə cəlb edilirlər:

“Əgər həmin diaqnoz təsdiqlənər və çağırışçının vəziyyətinin hələ də yararsız olduğu müəyyən edilərsə, ona yenə üç il möhlət verilir. Yeni qaydalara uyğun olaraq, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək və sənədlər əsasında komissiya rəy verməlidir”.


Ş.Ramaldanov bir vaxtlar bu sahədə sui-istifadə hallarının olduğunu və hazırda şəffaflığın təmin olunması üçün addımlar atıldığını bildirib:

“Bir vaxtlar komissiyada hansısa həkimlərin məsələyə subyektiv yanaşması söz-söhbətə səbəb olub. Burda rəyi verən yenə də həkimlər olacaq. Amma ölkədə bununla bağlı aparılan islahatlar neqativ halların aradan qaldırılmasına yönəlib”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər