Ru
14:23 / 29 Yanvar 2022

Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı

2659
Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı məlum olub.

Bakupost.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, 2021-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə DİN və prokurorluq üzrə qeydə alınan 29 327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilib.

Bundan başqa, ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98,2%-i, mülkiyyət əleyhinə olanların 80%-i, o cümlədən oğurluqların 72,3%-i, dələduzluqların 92,7%-i, soyğunçuluqların 90%-i, quldurluqların 92%-i, hədə-qorxu ilə tələb etmələrin 93,8%-i, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92%-i, habelə xuliqanlıqların 96,7%-i açılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər