Ru
23:36 / 28 Mart 2024

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

2267
Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində qadın məhbusların ayağını yuyub.

Bakupost.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, bu barədə xarici media Papanın “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasında 12 qadın məhbusun ayaqlarını yuyub və öpdüyünü bildirib.

Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, perulu və bosniya-herseqovinalı olduğu bildirilir.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər