Ru
13:55 / 23 May 2024

Paşinyan 4 əsas qüvvəni zərərsizləşdirmək istəyir - Zərdüşt Əlizadənin şərhi

Paşinyan 4 əsas qüvvəni zərərsizləşdirmək istəyir - Zərdüşt Əlizadənin şərhi
Eye

Paşinyanın "Mülki Müqavilə" Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan erməni Apostol Kilsəsini korrupsiyada ittiham edib. O deyib ki, kilsə maliyyə vəsaitlərinin "kölgə"dən çıxarılmasına şərait yaratmalıdır.

Bildirilir ki, kilsənin bütün cəhdlərinə baxmayaraq, Paşinyan devrilmədi və indi artıq proseslər dəyişib. Bu dəfə Paşinyan və tərəfdarları kilsənin üzərinə hücuma keçib.

Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Paşinyanın hücum mövqeyinə keçdiyi və bütün problemləri yoluna qoyacağını bildirib.

Onun sözlərinə görə, erməni baş nazir xarici təsirlərin əlində alət olan qüvvələri zərərsizləşdirməyin vaxtının çatdığını düşünür:

"O, həmin qüvvələri sıradan çıxarmaq istəyir ki, gələcəkdə onlardan istifadə etməsinlər. Serj Sərkisyan və Robert Köçəryanı, komandalarını, kilsəni, sonra da "Daşnaksütyun"a keçib hamısını bir-bir təmizləyəcək. Mövqeyini gücləndirəndən sonra Paşinyan Azərbaycan və Türkiyəylə münasibətləri tənzimləyəcək. Ermənistan iqtisadiyyatının inkişafı üçün daha münasib şərait yaranacaq, cammat görəcək ki, düz siyasət yürüdür və o xülyalardan ayılacaqlar. Paşinyanın məqsədi erməniləri qızdırmalı təxəyüldən xilas etməkdir”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar