Ru
21:05 / 22 Aprel 2024

“Paşinyan pis işləyir...” - Onik Qasparyan

2302
"Paşinyan pis işləyir". Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan bu gün keçirilən məhkəmə prosesi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan bu gün keçirilən məhkəmə prosesi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nikol Paşinyanın Tavuşun sərhədlərini təmizləyəcəyi ilə bağlı fikirlərini şərh edən O.Qasparyan sərhədyanı kəndlərin erməni sakinləri ilə birgə mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində olub. O, Eçmiədzin hərbi hissəsinin itkin düşmüş hərbçilərinin işi üzrə şahiddir. Bu iş üzrə təqsirləndirilən şəxslər Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan və hərbi hissənin digər rəsmiləridir. Andranik Makaryan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham olunub.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər