Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün İrəvana səfər edib.
Bakupost.az xəbər verir ki, onu aeroprotda Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən qarşılayıb.
Paşinyanla eyni avtomobilə əyləşən Putin sessiyanın keçirildiyi yerə gəlib.
Rusiyayönlü erməni Teleqram kanalları "yerli əhalinin Putini isti qarşıladığı"na dair videogörüntü yayıblar.
Qeyd edək ki, KTMT-nin tədbirində təşkilat çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.
Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü gözlənilir.
Qeyd edək ki, 2019-cu ildə Putinin İrəvana səfəri zamanı Paşinyan onu nəinki aeroporta, heç rezidensiyasının qarşısında da qarşılamamışdı və bu, diplomatik qalmaqala səbəb olmuşdu. Uzun müddət müzakirə olunan bu məsələyə münasibət bildirən Ermənistanın ikinci prezidenti Robert Köçəryan Paşinyanı sərt tənqid etmiş, Putini aeroportda qarşılamağın lazım olduğunu vurğulamışdı.
Zaur
BakuPost