Ru
15:44 / 17 Aprel 2024

Sakinlər Paşinyanın kəndləri qaytarmaq təklifi ilə razılaşıb - Yenilənib-FOTO

1934
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

Paşinyan bu il ikinci dəfədir adıçəkilən kəndə gəlir.

***
13:10

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.

Bakupost.az xəbər verir ki, Paşinyanın kənd sakinləri ilə görüşü başa çatıb.


***

Ermənistanın baş naziri Nikol Paşinyanla Tavuş rayonunun Voskepar kəndinin sakinləri arasında keçirilən görüş başa çatıb.

Bakupost.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb.

Görüş təxminən bir saat davam edib.

Qeyd olunur ki, görüşdən əvvəl ciddi təhlükəsizlik tədbirləri görülüb. İclas zalına giriş məhdudlaşdırılıb.
Xüsusən də bir aydır Voskeparda yaşayan politoloq Suren Petrosyanı zala buraxmayıblar. Kənd sakinləri bu halda görüşü boykot edəcəklərini bildiriblər. Son nəticədə baş tutan görüş mətbuata qapalı keçirilib.

Voskepar kənd sakini olan Laura adlı qadın isə jurnalistlərə açıqlamasında Paşinyanın kəndlərin Azərbaycana qaytarılmasıyla bağlı yerli sakinlərlə razılığa gəldiyini bildirib.


Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər