Ru
17:56 / 23 Noyabr 2022

Paşinyan danışanda liderlər nə edirdi? – Rəzil durum - VİDEO

Paşinyan danışanda liderlər nə edirdi? – Rəzil durum - VİDEO
Eye

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında maraqlı anlar lentə alınıb.

Bakupost.az erməni teleqram kanallarına istinadən xəbər verir ki, açılış nitqində Paşinyan yenə də Azərbaycanı ittiham edib: "Ermənistanın KTMT-yə üzv olmasının Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməməsi üzücüdür, xüsusən də bu günə kimi Azərbaycanın Ermənistana təcavüzünə Təşkilatın reaksiyası ilə bağlı faktiki qərara gələ bilməmişik".

Ermənistanın KTMT-də sədrliyinin bu gün başa çatdığını vurğulayan Paşinyan bu qurumu da tənqid edib:

"Son iki ildə KTMT üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. Mən eyni şeyi müttəfiqlərimiz - Qırğızıstan və Tacikistan arasındakı sərhəddə gərginliyin yaranması barədə deyə bilərəm. Eyni zamanda, uğurlu fəaliyyətlərimizi də qeyd etməliyəm. Mən KTMT-nin Qazaxıstan prezidentinin bu ilin yanvarında ölkədə asayişin bərpasında onlara dəstək olmaq xahişinə operativ reaksiyasını nəzərdə tuturam. Belə olan halda biz məsələni bir gecədə həll etdik ki, bu da Qazaxıstana daxili xaosdan qaçmağa imkan verdi. Ümid edirəm ki, biz müttəfiq yanaşmalarımızı uyğunlaşdıra və aktual məsələlərdə yaxşı əlaqələndirilmiş kollektiv qarşılıqlı fəaliyyətə nail olacağıq”, - deyə Nikol Paşinyan yekunlaşdırıb.

Erməni Teleqram kanalları KTMT-yə üzv dövlətlərin Paşinyanın çıxışına əhəmiyyət vermədiklərinə diqqət çəkiblər:

"Paşinyan açılış nitqini söyləyərkən liderlər nə edirdilər: Putin - kağızları yenidən oxudu, Lukaşenko köməkçisi ilə qısaca danışdı, Rəhmon yerini rahatladı, Japarov eynəyini sildi,
Tokayev isə uzaqlara baxdı", - deyə "Armyanskaya vendetta" bildirir.



Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar