Ru
10:54 / 16 İyun 2025

Pənah Hüseyn istefa verməsi xəbərlərinə aydınlıq gətirdi – FOTO

Pənah Hüseyn istefa verməsi xəbərlərinə aydınlıq gətirdi – FOTO
Eye

“Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır”.

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.

O bildirib ki, hələ ki formal olaraq AXP-nin sədri vəzifəsində qalır:

“Mən hələ ki partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir” – deyə, Pənah Hüseyn deyib.

*****

10:20

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib.


Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

O, yerini AXP sədrinin müavini Qiyas Sadıqova həvalə etdiyini bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar