Ru
09:53 / 31 Avqust 2026

Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı

Pensiyalar gələn il kəskin artacaq:  məbləğ açıqlandı
Eye

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanın 10 faizdən yüksək olması, 10-14 faiz intervalında formalaşması ehtimalı da istisna edilmir.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, məsələnin əsələnin əsasını əməkhaqqının artımı təşkil edir.

Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun həyata keçirilir. 2026-cı ilin ilk yarısında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1 174,4 manata çatıb. Bu göstərici artıq gələn ilin pensiya artımı üçün müəyyən baza formalaşdırır.

Burada diqqətçəkən məqam odur ki, ilin ilk altı ayında əməkhaqqının 7 faiz artmasından sonra ikinci yarıda artım tempinin avtomatik şəkildə kəskin zəifləyəcəyini düşünmək üçün ciddi əsas yoxdur. Əksinə, qiymətlərin yüksəlməsi əməkhaqlarının nominal ifadədə artırılması təzyiqini gücləndiror. Əgər ilin ikinci yarısında da əməkhaqqı artımı 7 faiz ətrafında və ya daha yüksək səviyyədə qalarsa, 2026-cı ilin yekun əməkhaqqı göstəricisinin pensiya indeksasiyası üçün daha yüksək baza yaratması mümkündür.

Bu baxımdan, 2027-ci ilin yanvarında pensiyaların 10 faizdən yuxarı indeksləşdirilməsi ehtimalını da nəzərdən keçirmək lazımdır. Təbii ki, yekun faiz yalnız 2026-cı ilin tam statistik göstəriciləri formalaşdıqdan sonra məlum olacaq. Lakin əməkhaqqı dinamikasının ikinci yarıda da yüksək qalması halında 10-14 faizlik indeksasiya ssenarisi real ehtimal kimi qiymətləndirilir.

Belə artım pensiyaçılar üçün kifayət qədər ciddi fərq yaradacaq. Məsələn, hazırda 500 manat pensiya alan şəxs üçün 10 faizlik indeksasiya 550 manat, 12 faizlik artım 560 manat, 14 faizlik artım isə 570 manat pensiya deməkdir. 600 manat pensiyada isə müvafiq olaraq 660, 672 və 684 manat alınır.

429,30 manat pensiya alan vətəndaş üçün isə mənzərə belədir: 10 faiz artım zamanı pensiya 472,23 manata, 12 faiz artım zamanı 480,82 manata, 14 faiz artım zamanı isə 489,40 manata yüksələ bilər. Bunlar yalnız indeksasiyanın hesablanmasıdır və əlavə sosial qərarlar qəbul olunarsa, yekun məbləğ daha da yüksək ola bilər.

Üstəlik, pensiya məsələsinə yalnız indeksasiya mexanizmi çərçivəsində baxmaq düzgün olmaz. Azərbaycanda orta aylıq əməkhaqqının regional müqayisədə Ermənistan və Gürcüstandan geri qalması məsələsi də vaxtaşırı gündəmə gəlir. Müxtəlif müqayisələrdə Azərbaycanın orta əməkhaqqının Cənubi Qafqazın digər iki ölkəsinin göstəricilərindən aşağı olduğu göstərilir.

Bu vəziyyət hökumətin qarşısında daha mühüm sosial-iqtisadi vəzifə qoyur: əhalinin gəlirlərinin və xüsusilə sosial ödənişlərin real alıcılıq qabiliyyətinin qorunması. Əməkhaqqı ilə pensiyalar arasında müəyyən əlaqənin saxlanılması sosial siyasətin mühüm elementidir.

Ona görə də 2027-ci ilin əvvəlində təkcə qanunla nəzərdə tutulan indeksasiyanın tətbiqi ilə kifayətlənilməməsi ehtimalı da müzakirə oluna bilər. Hökumət gələn ilin birinci yarısında yeni sosial paket qəbul edərsə, bu paket çərçivəsində əmək pensiyalarına indeksasiyadan əlavə müəyyən artımların verilməsi də mümkündür. Azərbaycanda bunun nümunələri əvvəllər də olub: bəzi illərdə indeksasiya ilə yanaşı əlavə maddi dəstək və sosial ödənişlər həyata keçirilib.

Deməli, qarşıdakı dövrdə pensiyaçılar üçün iki ayrı artım imkanından danışmaq olar. Bunlardan birincisi, əməkhaqqının illik artımına uyğun olaraq qanunvericilik əsasında həyata keçiriləcək məcburi indeksasiyadır. İkincisi isə dövlətin sosial siyasət qərarından asılı olacaq əlavə artım və ya sosial paketdir.

Əgər əməkhaqqının illik artımı 10 faizdan yuxarı (böyük ehtimalla) formalaşarsa, pensiyaçılar yanvar ayında artıq qanuni indeksasiya hesabına ciddi artım görə bilərlər. Əməkhaqqı dinamikası 10-14 faiz intervalına yaxınlaşarsa, pensiya artımının da bu diapazonda olması mümkündür. Bunun üzərinə hökumətin əlavə sosial dəstək qərarı gəlsə, pensiyaçının gəlirində faktiki artım indeksasiya faizindən də yüksək ola bilər.

Burada daha bir vacib məqam var. 2026-cı ildə pensiyalar 9,3 faiz indeksləşdirilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Bu, dövlətin pensiya artımlarının maliyyələşdirilməsi üçün kifayət qədər böyük resurs ayıra bildiyini göstərir.

Ona görə də 2027-ci ilin yanvarı pensiyaçılar üçün sıradan bir indeksasiya dövrü yox, sosial siyasət baxımından mühüm mərhələ ola bilər. Əməkhaqqı artımı yüksək qalarsa, 14 faizlik indeksasiya artıq kifayət qədər real ssenariyə çevrilə bilər. Əlavə sosial paket qəbul olunacağı təqdirdə isə pensiyaçılar üçün bundan da böyük müjdə mümkündür.

Başqa sözlə, hazırkı göstəricilər əsasında ən ehtiyatlı yanaşma belə deməyə imkan verir: 2027-ci ilin əvvəlində pensiyaların artacağı demək olar ki, gözlənilən prosesdir, əsas sual isə artımın neçə faiz olacağıdır. Hazırkı tendensiyalar 10 faizdən yuxarı artım ehtimalını gündəmdə saxlayır.

Şərhlər
  • Ferz

    Öz zəhmətimlə qazandığım və sosial sığortaya ödədiyim pulum Banka qoyulsaydı məndən sonra da nəvə nəticəm 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı. Hər ay da verilən pensiyadan çox faizlə pul götürmək olardı..

  • Təqaüdçü

    yaman kəskin oldu, infart olacayıq

  • Mamed

    Siz allah bəsdi, siz verən heçnə lazım deyil, olana dəymiyin, 10 faiz nədi? Utanırsızmı, erməbistan verən uşaq pulundan xəbəriniz varmı?

  • Anonim

    Kəskin artım dediyiniz 10-14 faizdir. Kəskin artım 30 faizdi 50 faizdi 100 faizdi 10-14 faiz nədiki. Deputatların dişinin dibində qalır.

  • İ. Cefer

    Emin Muxtarov, yaxşı olar ərabcə yox, öz türkcemizde yazasan! Sonra da, biz milleti yaltaq ve qorxaq güne salıblar, hökümet ne dese el çalacağıq, YAŞASIN, VAR OLSUN ... deyeceyik, CENABLAR, CENABELER, DEMİR YUMRUQLAR ... ve s. deyib itaet göstereceyik. Men hamını demirem, hamıya yaxın faizi deyirem... Beli QAFQAZDA en yazıq, çaresiz AZERBAYCAN TÜRKLERİYİK, SOY ADLARIMIZ HELE DE ov, yev yazılır... Bu da bizim kimliyimizi açıq şekilde gösterir! Pensiyalar barede şerh yazan şexsin de ALLAH kömeyi olsun, yox olan milyardaları da araşdırsaydı yaxşı olardı...

  • Rafael

    Dovletin bu boyda serevi ile millet pos gunde yasiyir memurlar yalniz ozleri ucun yasayir basuvuza das dussun..????????

  • Alik

    ALLAHA and olsun yalan sohbetdi. Xalqin xeyrine indiye kimi bir denede olsun qerar cixarilmayib. Ancaq sixisdirmaq

  • Tahirov Zaur

    Bes sosyal penisya alanlar nece olsun. 220 manatla dolanmaq olar. 5 ildi 1 manat qalxmayib

  • Xəyal

    Azərbaycan milətinin hakqını yeyən məmurların ALLAH Bəlasını Versin şərəfsiz məmurllar nə vaxt doyacaq bu millətin hakqını yeyirlər ALLAH Bəlanızı Versin

  • Emin Muxtarov

    Kim bu əziz millətin haqqını yeyir onu min cür oyunlarla yoldan azdırır insanları uçuruma doğru aparır Allah əzzə və cəllə onlara lənət etsin ...

  • Vətən

    Yalansa sizi lənətə gələsiniz. Əhali haqqında ancaq ola bilər, çox cüzi. Ozlərinə isə ən maximum və oldu! Baxın Ermənistan və Gürcüstan hökümətlərinə! Heç utanırsiz? Bəlkə korrupsiyanı bir az yavaşıdaq??

  • B.Kolxozdar

    Kəskin müəmmalı və xam neft qiymətinin artımına düşünülən ən optimist xəyalət. Nə deyəsən, SSRİttifaq Dövləti buraxılbsa da yüksək QloBaş öhdəliklər, qeyri-rəsmi ölkələrə yardımlar, Qafqaz Qardaşlığına dəstək ki, təzminatsız-əvəzsiz BİZdən razı olsunlar? Cari ilin hesabatl aparılmamış Xruşşovun 20 ilə Koomunizmi, ya Brejnevin ricası belə ki-*Daxili istehsal-təsərrüfatında lüzums-artıq nə var, hamısını çıxaraq ki, Azərbaycan (kənardan asılılıqsız tər-təravətli öz natural ərzağı ilə özünü təmin etsin?* Son cümlə artan ərzaq-qida tələbatının xaricdən gözlənəsi əvəzinə tam daxili təminatına dəstək təklifi düz 54 il öncə səslənsə də, təkrarən artıq 33 illik suveren ölkəmiz həmin strateji təminatı 2031ci ilə tuşlayıb!? Azərbaycanda orta maaş 1147 manat Cənubi Qafqazda ən aşağı olsa da, adelvat hüquqi normativ sənədlə informasion müraciətin fərqinə varmayanlar belə üç qat yüksək orta əmək haqqına layiq görülürlər! Lütfən, nağd-maddi məhsuldar işinizidən heç bir anlığa ayrılıb, boşuna xəyalətə varmayın.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar