ABŞ-da Çikaqo-Ohayo Kolumbus səfərini həyata keçirən “Amerikan İql” təyyarəsinin pilotu uçuş zamanı dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, E175 təyyarəsi Çikaqodan havaya qalxdıqdan dərhal sonra pilot huşunu itirib. Bu səbəbdən təyyarənin Çikaqoya geri qayıtdığı açıqlanıb.
37 dəqiqə sonra eniş edən təyyarənin pilotu müdaxilələrə baxmayaraq, həyatını itirib.
Federal Aviasiya İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparıldığı açıqlanıb.
Aynur,
BakuPost