Hindistan təyyarəsindən gələn siqnal havaya qalxdıqdan cəmi bir dəqiqə sonra itib.
Bakupost.az xəbər verir ki, bu barədə "Flightradar24" məlumat yayıb.
Hindistanın Mülki Aviasiya Tənzimləyicisi DGCA bildirib ki, qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin heyəti qəza baş verməzdən əvvəl SOS siqnalı ötürə bilib. Rəsmi açıqlamaya görə, pilotlar "MAYDAY" kodunu Əhmədabaddan qalxdıqdan qısa müddət sonra aktivləşdiriblər, lakin onlarla daha sonra əlaqə yaratmaq mümkün olmayıb.
“Pilotlar dispetçer xidmətinə MAYDAY siqnalı göndəriblər. Lakin bundan sonra heç bir məlumat alınmayıb,” - deyə DGCA qeyd edib.
Son qeydə alınan məlumatlara görə, təyyarənin yüksəklik səviyyəsi cəmi 191 metr olub.
Lalə,
BakuPost