Ru
11:51 / 03 Fevral 2023

"Polietilen torbaların ödənişli olması təqdirəlayiqdir" - Ekspert

4568
Xəbər verdiyimiz kimi, marketlərdə alıcılara pulsuz verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün iri market və ticarət mərkəzlərinin sabiblərinə fevralın 15-dək vaxt verilib. Hələlik polietilen torbaların satış qiymətləri müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.




Məsələyə münasibət bildirən iqtisadçı Akif Nəsirli Bakupost.az -a açıqlamasında bunun təqdirəlayiq hal olduğunu bildirib:

"Bu qaydanın bütün satış mərkəzlərində tətbiq edilməsinə ciddi nəzarət olmalıdır”.

Akif Nəsirlinin sözlərinə görə, bu addım ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə atılır:

"Bütün dünyada bu proses gedir. Düzdür, bu müəyyən qədər xərclərin artmasına gətirib çıxarır. Lakin əhali marketlərdə polietilen torbaları pulla aldıqdan sonra biz onların ətrafa səpələndiyini görməyəcəyik. Bir dəfə həmin torbanı pulla alan vətəndaş ikinci dəfə marketə gedəndə onu özü ilə götürəcək. 20-30 il bundan əvvəl hamının bir bazar çantası olardı. Alış-verişə gedəndə özü ilə çanta götürərdi. Polietilen torbaların pulsuz olması bizi bu vərdişdən kənarlaşdırıb. Biz 100 illərlə çürüməyən, müxtəlif formalı toksinlər yayan polietilen torbalarla ətraf mühiti çirkləndiririk. Ümid edirəm ki, yeni qaydanın tətbiqindən sonra bu çirklənmənin qarşısı alınacaq".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər