Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:25 / 27 May 2024

“Polis Afət Fərmanqızını məhkəməyə təhvil verməlidir” - Flora Kərimovanın vəkili

3906
Bir müddətdir ki, Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsi davam edən müğənni Afət Fərmanqızı bu gün Moskva-Bakı reysi ilə ölkəyə qaydıb. Maraqlıdır ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən axtarışda olduğu deyilən müğənni hava limanında saxlanılmayıb. O, təyyarədə video paylaşaraq məhkəmədə iştirak edəcəyini deyib.

Bakupost.az -ın əməkdaşı məhkəmə çəkişməsi ilə əlaqıdar Xalq artisti Flora Kərimova ilə əlaqə saxlayıb.

Telefona müğənninin köməkçisi cavab verib və Flora xanımın vəkili Xavər İsmayılova ilə danışmağ məsləhət görüb.

Vəkil X.İsmayılova Bakupost.az -a açıqlamasında Binəqədi rayon Məhkəməsinin Afət Fərmanqızı barəsində həbsiz axtarış qərarı olduğunu bildirib:

"Daxili İşlər Nazirliyinin əməkdaşları onu məhkəməyə gətirməlidir. Əgər Afət xanım Azərbaycanda olduğunu bildiribsə, bu gün həmin qərar açıqdır, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onu yaxalayıb məhkəməyə gətirməlidirlər. Çünki proses Afət xanım məhkəməyə gəlmədiyi üçün dayandırılıb. Hüquq-mühafizə orqanları onu məhkəməyə təhvil verməli, məhkəmə işi təzələməli və iclasın tarixi müəyyən olunmalıdır. Bütün bu işlər isə hüquq-mühafizə orqanlarından asılıdır”.

Binəqədi rayon Polis İdarəsi ilə əlaqə cəhdlərimiz isə təəssüf ki, baş tutmadı.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib. F.Kərimova iddia ərizəsində həmkarının onun şərəf və ləyaqətini alçaltdığını deyib. İki müğənni arasında məhkəmə çəkişməsi aylardır ki, davam edir.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar