Ru
14:05 / 14 İyun 2025

Politoloq İranı Hüseyn, İsraili Yezid adlandırdı – Mübahisə

Politoloq İranı Hüseyn, İsraili Yezid adlandırdı – Mübahisə
Eye

Azərbaycanlı politoloq Elxan Şükürlünün İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrindən sonra paylaşdığı mövqe müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, politoloq İranın nüvə silahından və uranın zənginləşdirilməsindən imtina etməsi tələbini Yezidin İmam Hüseynə şərtləri ilə müqayisə edib.

“Oxşar situasiyadır. 14 əsr əvvəl Yezidin İmam Hüseynə (ə.) təklifi bu idi ki, sağ qalmaq, yaşamaq istəyirsə, onun şərtlərini mütləq qəbul etməlidir...

İndi də ABŞ-İsrail tandemi təklif edir ki, İran üzərindəki sanksiyaların götürülməsini və dünyaya açılmaq istəyirsə, mütləq onların şərtlərini qəbul etməli, nüvə silahı əldə etmək cəhdlərindən birdəfəlik əl çəkməlidir.
İranın nüvə silahı əldə etməsi isə nəinki Yaxın və Orta Şərqdə, bütün dünyada güc balansının müsəlmanların xeyrinə dəyişməsi deməkdir.

Bu qorxunun miqyasını ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2014-cü ildə yazdığı "Çətin seçimlər" adlı kitabında açıqca təsvir edib: İran nüvə silahı əldə edərsə, ABŞ regionda hərbi balansı saxlamaq üçün İranla fərqli məzhəbdə olan digər 3 müsəlman ölkəsinin - Türkiyə, Misir və Səudiyyə Ərəbistanının da nüvə silahı əldə etməsinə göz yummağa məcbur qalacaq, beləcə, birdən-birə 5 aparıcı müsəlman dövləti çəkindirici nüvə silahına sahib olacaq!

ABŞ-İsrail tandeminin öz şərtlərini danışıqlar masasında İrana qəbul etdirmək üçün bütün zorakı vasitələrə əl atacağı bəllidir.

Bəs, İran necə, generallarının və alimlərinin öldürülməsindən sonra onların şərtlərini qəbul edəcəkmi?
14 əsr əvvəl İmam Hüseyn (ə.) Yezidin şərtlərini qəbul etməmiş, sonadək vuruşmağı seçmişdi...

İndi İran həm də söykəndiyi ideologiya ilə imtahan olunur!” – politoloq bildirib.

Qeyd edək ki, onun bu yanaşması müzakirələr və mübahisələrə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar