Ru
10:37 / 27 Mart 2024

Pomidor ixracı - 57,1 faiz artıb

Pomidor ixracı -  57,1 faiz artıb
Eye

Azərbaycanın pomidor ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral ayında Azərbaycan 30 milyon dollar dəyərində 21,7 min ton pomidor ixrac edib. İllik müqayisədə pomidor ixracı dəyər ifadəsində 57,1 faiz, miqdar ifadəsində 40,1 faiz artıb.




İqtisadçı ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, ölkədən pomidor ixracının kəskin artması ilk növbədə Rusiya bazarı və bölgədəki vəziyyətlə bağlıdır. Belə ki, Rusiya idxalının təqribən üçdə biri Avropa İttifaqı ilə bağlı idi. Bu idxalın sıradan çıxarılması Rusiyanın digər ticarət tərəfdaşları qarşısında yeni imkanlar açmış oldu:


"Keçən il bununla bağlı bir sıra problemlər oldu. Bu problemlər Rusiya rublunun kəskin devalvasiya və qeyri-müəyyənlik məsələləri ilə izah olunurdu. Rusiya rublunun sabitləşməsi sözügedən ölkənin xarici tərəfdaşları üçün yeni imkanlar açdı. Azərbaycan da bu sıradadır. Ölkəmiz üçün də Rusiya bazarının əlverişliliyi, rublun sabitləşməsi fonunda artmış oldu".

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar