Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov vəzifəsindən azad olunub.
Bakupost.az xəbər verir ki, Süleyman Mikayılov 4 mart 2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edirdi. Bundan öncə isə Lənkəran və Yardımlı rayonlarının icra başçısı olmuşdu.
Təxminən 16 ildir Qaradağ rayonunun icra başçısı olan Süleyman Mikayılovun pensiya yaşı gələn il tamam olur. Belə ki, S.Mikayılov 1962-ci ilin aprelin 27-də anadan olub.
S.Mikayılovun bir rayona 16 il başçılıq etməsi əslində vəzifəsinin öhdəsindən gəldiyi anlamında qəbul olunurdu. Bu 16 ildə xırda iradlar və ictimai şəkildə yayılan bəzi ittihamlar istisna olmaqla, Süleyman Mikayılovla bağlı ciddi şikayətlər olmayıb, xüsusilə son illər ümumiyyətlə Qaradağ rayonu mənfi planda hallandırılan rayonlar sırasında göstərilməyib. Bu baxımdan S.Mikayılovun pensiyaya bu vəzifədən getməsi ehtimalı böyük idi.
Buna baxmayaraq, o, 16 ildən sonra vəzifədən azad edildi və maraqlıdır ki, yeni vəzifəyə təyin olunmadı. Onun “vaxtından əvvəl təqaüdə göndərilməsi”nin səbəbi nədir?
Asena,
BakuPost
Мегаленин башлыгында, чумле гурлушу сеhвлиjи.
Təsadüfən təxminən 12 il əvvəl süleyman və müavini nadirlə tanış oldum. Bir neçə dəfə görüşdüm. Özləri kimi şərəfsiz adamlarla rastlaşmamışam. Kişilikdə payı olmayanlardandırlar. 5-6 adamın yanında üzlərinə açıq dedim. Yalandan media və saytlarda müsbət işləri barədə reportaj və şəkillər nəşr etdirirdi. Yəqinki onun əsl üzü rəhbərliyə məlum oldu. Bu maskalanmışı cəzalandırdı.