Ru
23:25 / 05 Fevral 2026

Deputat kəndinin uçuq-sökük məktəbində: Burada şagird nə öyrənsin? - VİDEO

Deputat kəndinin uçuq-sökük məktəbində: Burada şagird nə öyrənsin? - VİDEO
Eye

Milli Məclisin üzvü Razi Nurullayev İmişli rayonunun Kürdmahmudlu kənd məktəbi ilə bağlı paylaşım edib.

Bakupost.az xəbər verir ki, deputat məktəbin acınacaqlı durumuna diqqət çəkib.

Əvvəlcə pedaqoji işçilərin otağını ziyarət edən deputat bir otaqdan həm direktor, həm müavin, həm də müəllimlərin istifadə etdiyinə, eyni zamanda otağın şəraitinin, istiliyinin aşağı səviyyədə olduğuna toxunub:

"Balaca bir kümə...Kürdmahmudlu məktəbi artıq neçə illərdir bərbad olub. Bu şəraitdə keçirilən dərsin necə bir keyfiyyəti olacaq? Müəllimlərin dərs keçmək üçün şəraiti yoxdursa, şagirdə nə öyrədə bilər? Müəllimə burada soyuqdan üşüməmək üçün özü şərait yaratmağa çalışır. Bu toz-torpağın için nə öyrədilə bilər?"

Görüntülərdən məktəbin sinif otaqlarındakı vəziyyətin isə daha acınacaqlı olduğu məlum olur. Sınmış, yazı yazılması mümkün olmayan lövhə, yararsız hala düşmüş döşəmə, köhnə partalar, nəmişlik mənbəyi olan divarlar.

Təhsil ocağının tikintisinə çoxlu pul lazım olduğunu deyən deputat bu yararsız vəziyyətdə olan məktəbin onun öz kəndində yerləşdiyini də xüsusi vurğulayır:

"400-ə qədər məktəb var ki, yenidən qurulmalıdır. Amma ən azından yenisi olmasa da, bunu təmir etmək, dövlət vəsaiti ayırıb normal təchizatla təmin etmək, avadanlıqları təzələmək olardı. Buna nə böyük vəsait lazımdır?"

Daha ətraflı videoda:

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar