Ru
14:33 / 03 Oktyabr 2022

Prezident Elnur Məmmədlini təltif etdi

Prezident Elnur Məmmədlini təltif etdi
Eye

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərəncamında yer alıb.


Qeyd edək ki, Elnur Məmmədli dəfələrlə cüdo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar