Ru
14:54 / 17 Avqust 2022

Prezident FHN-də baş verən biabırçılığa reaksiya verəcək – Vahid Əhmədov

12994

“Dövlət başçısı Fövqəladə Hallar Nazirliyində baş verən hadisələrə reaksiya verəcək. Cənab İlham Əliyev belə məsələlərə çox diqqətlidir”.


Bu sözləri Bakupost.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili nazirliyin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntülərinin yayılmasından təəssüfləndiyini bildirib:

“Dövlət qurumlarında belə hadisələr olmamaldır. Xoşagələn hal deyil. Dövlət qurumlarında işləyənlər yalnız qayda-qanuna uyğun öz işlərilə məşğul olmalıdır”.


Vahid Əhmədov baş verənlərin Kamaləddin Heydərova qarşı təxribat olduğunu düşünmür:

“Hadisədən Kəmaləddin Heydərovun heç xəbəri olmaya bilərdi. Çünki hər otaq izlənilmir. Bu məsələni dövlət qurumuna qarşı təxribat kimi dəyərləndirmirəm. Əgər naziri çıxarmaq lazım olsaydı, cənab Prezident fərmanın verib çıxaracaqdı. İlham Əliyev kifayət qədər cəsarətli dövlət başçısıdır. Lazım olanda kimliyindən asılı olmayaraq, nöqasını olan naziri, komitə sədrini istənilən vaxt vəzifədən azad edir. Bu hadisə vəzifə səlahiyyətlərini düzgün icra etməməklə əlaqədardır. Dövlət mülkündən şəxsi məqsədlər üçün istifadə olunub ki, bu da qəbuledilməzdir. Baş Prokurorluq məslə ilə bağlı araşdırma aparır. Yəqin ki, onlar öz rəyini ictimaiyyətə bildirəcəklər”.


Fərid
Baku Post

Şərhlər
  • elimardan

    Prezident neyləyəcək spidometri geri fırladacaq?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər