Ru
13:20 / 01 Aprel 2026

Sərəncam: Bu ASC ləğv edilir

Sərəncam: Bu ASC ləğv edilir
Eye

Azərbaycan alüminiumu ASC ləğv ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamında bildirilib.

Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.

Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.

"Azərbaycan alüminiumu"nun aktivləri Azəralüminium MMC-nin balansına veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar