Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq.
Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur
Dəyərli soydaşlarımız, TDövlətləri görüşündə belə hər birimiz tarixən bircə Ana dilimizdə tam anlamalıyıq!? Prezidentimiz tariximizə, şərəfli alimimizə layiq dövlət-ölkə səviyəsində geniş-dərin anım-ehtiram tədbirləri SƏRƏNCAMI imzalayıb! Bu təbii ki, avrodan yüksək keyfiyyətli benzin krekinqi, ya dünyəvi çoxçeşşidli neftayırma şirkəti, ya yeni strateji texnoloji-neft kimya məhsulu haqda bəkə də gerçəkdən EHTİRAM deyil, mühüm adlanacaq sərəncam, ya fərman belə adlanması uyun olardı?!