Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:59 / 09 İyul 2024

Problemli kreditlər: Sahibkarlar niyə borcunu qaytara bilmir? - Açıqlama

2758
Xəbər verdiyimiz kimi, bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 0,9 faiz çoxdur.


Mərkəzi Bankın məlumatəna görə, ümumilikdə ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 faiz artıb.





Mövzu ilə bağlı Bakupost.az -a danışan Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib ki, pul-kredit siyasətinin sərt olması kommersiya bankları tərəfindən həm girov bazasına qarşı qoyulan tələblərin, həm də təklif edilən kreditlərin faizlərinin yüksək olmasını şərtləndirir. Bu isə ona gətirib çıxarır ki, sahibkarlar kreditləri qaytara bilmirlər:

"Pul-kredit siyasətinin sərt olmasına görə kredit qoyuluşlarının həcmi iqtisadiyyatda tələb olunan investisiya həcminə uyğun gəlmir. Nəticədə də götürülən kreditlərin qaytarılması ilə bağlı sahibkarlar problemlərlə üzləşirlər. Hesab edirəm ki. məhz pul-kredit siyasətinin sərtliyi problemli, vaxtı keçmiş kreditlərin həcmini artırır".

İqtisadçı qeyd edib ki, biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir:

"Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır. Əgər pul-kredit siyasətinin yumşaldılmasına, məqsədli kredit xətlərinin açılmasına nail olmasaq, ödənişlərlə bağlı problemlər artmaqda davam edəcək”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar