Putin Ağalarovun var-dövlətini əlindən alacaq - Cinayət işi açıla bilər - VİDEO
15094
Politoloq Qabil Hüseynli Bakupost.az -a geniş videomüsahibə verib.
O, müsahibədə Moskva vilayətində, "Krokus Siti"də baş verən terror aktı ilə bağlı versiyaları, bu hadisədən sonra Rusiyanın müxtəlif bölgələrində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatları, eləcə də qonşu ölkədə siyasi-iqtisadi durumu və mərkəzdənqaçma meyillərini dəyərləndirib.
Q.Hüseynli bu terror hadisəsəndən sonra Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı iş adamı, milyarder Araz Ağalarovun biznesinə əl qoyacağını, onun var-dövlətinin əlindən alınacağını bildirib. O, hətta Araz Ağalarova cinayət işi açıla biləcəyini də istisna etməyib.
Müsahibədə həmçinin son vaxtlar Ermənistan ordusunun Azərbaycanlı sərhəddə hərəkətlənməsi, sülh danışıqları prosesinin gedişi, işğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılması kimi aktual məsələlərə də toxunulub.