Ru
21:18 / 05 May 2022

Putin Lavrovun sözlərinə görə üzr istədi

3027
İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.


“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.

Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.

Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.


Xatırladaq ki, Sergey Lavrov müsahibəsində “Ukrayna Prezidenti Volodimir Zelenski yəhudidirsə, onu necə “nasifikasiyada” ittiham etmək olar” sualına cavab olaraq deyib ki, Adolf Hitlerdə də “yəhudi qanı” var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər