Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyəti müzakirə edib.
Bakupost.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov vurğulayıb.
İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Daxili İşlər naziri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, Müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Zaur
BakuPost
Burda verilən məlumat tam yalandır.Əslində,Putin Azərbaycan ordusunun gücündən çox narahatdır.Putin qorxur ki,tezliklə Azərbaycan Rusiyanın regionda qurduğu hasarı aşıb keçəcək.Regionun qarmaqarışıq,yersiz təxribatlara məruz qalması üçün gecə-gündüz planlar tökür.Fikir verirsinizmi,vəhşi Rusiya Ukraynada uduza-uduza özünün məkrli fəaliyyətindən aralıda qalmır.